Səhih Hədislər - Zəkat

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


(1) Ənəs bin Malik (ra) belə dedi:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm)ə bir şey soruşmaqdan yasağlanmışdıq. Çöl əhalisindən ağıllı bir kimsənin gəlib Rəsulullah (Sallallahu Əleyhi və Səlləm)ə bir şeylər soruşması bizim də onu dinləməmiz xoşumuza gələrdi.

Bir gün çöl əhalisindən bir adam gəldi və:

-Ey Muhamməd! Elçin bizə gəldi və Allahın səni Rasul olaraq göndərdiyini söylədiyini bizə xəbər verdi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Səmanı kim yaratdı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Yeri kim yaratdı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Yer üzündəki (bu) dağları kim tikdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Yer üzündəki faydalı şeyləri kim yaratdı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Səma və ərzi yaradan, orada dağları yüksəldib faydalı şeylər meydana gətirən Allah haqqı üçün səni həqiqətən Allahmı Rasul etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Bizə gələn elçin, hər gün və gecədə üzərimizə beş vaxt namazın fərz olduğunu söylədi! dedi. Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rəsul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Elçin, bizim mallarımızdan zəkatın üzərimizə fərz olduğunu söylədi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rasul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Elçin, hər il Ramazan ayında orucun üzərimizə fərz olduğunu söylədi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rasul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi. Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Elçin, yoluna gücü yetənə Kəbəni həcc etmənin üzərimizə fərz olduğunu söylədi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rasul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Səni haqq ilə göndərən şəxsə and içərəm ki, bunlara bir şey artırmayacağam; bunlardan heç bir şeyi də azaltmayacağam! dedi.

Arxasını dönüb gedincə, Nəbi (Sallallahu Əleyhi və Səlləm):

-'Əgər doğru söyləyirsə əlbəttə cənnətə girər' buyurdu."

Nəsai 2090, Muslim 12/10, İbni Əbi Şeybə əl-İmam 45, Tirmizi 619, Əhməd 13010

(2) Talha bin Ubeydullah (ra) belə dedi:

"Nəcd xalqından saçı başı dağınıq bir kimsə Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) ə gəldi. Uzaqdan səsinin uğultusunu duyur, lakin nə dediyini anlamırdıq. Nəhayət Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) ə yaxınlaşdı. Məgər o kimsə İslamın nə olduğunu soruşurmuş.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Bir gün və gecəsində beş vaxt namaz qılmaqdır' buyurdu.

O kimsə:

-Üzərimə bu namazdan qeyri namaz var mı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Xeyr, ancaq sən nafilə qılsan bu müstəsnadır' buyurdu.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm) davamında:

-'Ramazan orucunu tutmaqdır' buyurdu.

O kimsə:

-Üzərimə bu orucdan qeyri tutmam lazım olan oruc var mı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Xeyr, ancaq sən nafilə olaraq oruc tutsan bu müstəsnadır' buyurdu.

Talha (ra) deyir ki:

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) ona zəkatıda izah etdi.

O kimsə:

-Üzərimə bu zəkatdan qeyri verməm lazım olan başqa bir zəkat var mı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Xeyr, ancaq sən nafilə olaraq sədəqə versən bu müstəsnadır' buyurdu.

Ardınca o kimsə:

-Vallahi bunun üzərinə nə artıraram nə də eksildərəm deyərək arxasını dönüb getdi.

Bunun üzərinə Rəsulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Əgər doğru söyləyirsə nicat tapacaqdır' buyurdu."

Malik 1/175/94, Buhari 1767, Müslim 11/89, Əbu Avanə 1/310, Əbu Davud 391, Nəsai 457, Darimi 1/309, İbni Huzeymə 306, İbni Hibban 1724, Bəgavi 1/18, Ahmed 1/162

(3) Ömər (ra) belə dedi:

"Bir gün biz Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) 'in yanında ikən birdən yanımıza paltarı dümağ, saçı qapqara, üzərində səfər əsəri olmayan və bizdən özünü kimsənin tanımadığı bir adam gəlib çıxdı. Nəhayət Nəbi (Sallallahu Əleyhi və Səlləm) 'in yanına oturdu. İki dizini onun dizinə söykədi, iki əlini dizlərinin üzərinə qoydu və:

-Ya Muhəmməd! Mənə İslamı xəbər ver dedi.

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) :

-'İslam, Allahdan başqa ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və yoluna gücün çatsa Allahın Beytini həcc etməyindir " buyurdu.

O adam:

-Doğru Söylədin dedi. Ömər (ra) dedi ki:

Biz buna heyrət etdik, həm soruşur həm də Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) 'i təsdiq edirdi ... "

Müslim 8/1, Əbu Davud 4695, Nəsəi 8/97, Tirmizi 2610, İbn Macə 63, Tayalisi 20, Əhməd 1/52

(4) Abdullah ibni Ömər (radıyallahu anhumə) belə dedi:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) :

'İslam beş əsas üzrə qurulmuşdur;

1) Allahdan başqa ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək,

2) Namaz qılmaq,

3) Zəkat vermək,

4) Ramazan orucunu tutmaq və

5) Həcc etməkdir " buyurdu."

165 Buxari, Muslim 16/21, Nesei 8/108, Tirmizi 2609, İbni Huzeyme 308, İbni Hibban 158, 1446, 703 Humeydi, Təbərani Mucemu'l-Kəbir 13203, Begavi 6, Əhməd 2/143, Albani İrva 781

(5) Abdullah ibni Abbas (radıyallahu anhumə) belə dedi:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) , Muaz bin Cəbəl (ra) 'ı Yəmənə göndərərkən ona:

'Şübhəsiz ki sən, əhli kitab bir qövmə gedirsən, onların yanına vardığın vaxt əvvəl onları Lə İləhə İllallah Muhammədər-Rəsulullaha şahidlik gətirməyə dəvət et. Əgər onlar şəhadət getirmədə sənə itaət etsələr, Allahın özlərinə hər gün və gecədə beş vaxt namaz qılmağı fərz etdiyini xəbər ver.

Onlar bu beş vaxt namaz qılma xüsusun da sənə itaət etsələr, Allahın özlərinə zəkat fərz etdiyini, bu zəkatın onların zənginlərindən alınıb kasıblarına veriləcəyini də xəbər ver. Onlar bu zəkat barəsində da sənə itaət etsələr, onların yanında ən qiymətli olan malı zəkat malı olaraq almaqdan çəkin və məzlumun bədduasından qorx. Çünki məzlum ilə Allahın arasında pərdə yoxdur (duasına razılıq edər) ' buyurdu. "

Buxari 1423, Müslim 19/29, Əbu Davud 1584, Nəsəi 2434, Tirmizi 625, Darəmi 1/379, İbni Macə 1783, İbni Hibban Mevarid 156, Tabarani Mucemu'l-Kəbir 12408, Əhməd 1/233, Bəğavi 1557

(6) Əbu Hureyrə (ra) belə dedi:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) vəfat etdiyi zaman Əbu Bəkir (ra) xəlifə oldu. Ərəb qəbilələrindən bəziləri küfrə dönüb irtidad etdilər. Əbu Bəkir (ra) onlara qarşı ordu göndərməyə başlayanda Ömər (ra) , Əbu Bəkr (ra) 'a belə dedi:

-Sən Bu insanlarla necə savaşırsan? Halbuki Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) :

-'Mən Insanlar Lə İləhe İllallah dəyənə qədər onlarla döyüşməklə əmr olundum. Kim bu sözü söyləsə o kimsə İslam hüququnun xaricində məndən malını və canını qorumuş olur. (Hədd düşməyən günahlarının) hesabı isə Allaha aiddir " buyurdu.

Əbu Bəkir (ra) :

-Allaha And olsun ki, mən namaz ilə zəkat vermənin arasını ayıran kəslərlə döyüşərəm. Çünki zəkat malın üzərindəki bir haqqdır. Vallahi onlar Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) 'ə zəkat olaraq verdikləri dişi oğlağı mənə verməsələr, o dişi oğlağı vermələri üçün əlbəttə onlarla döyüşərəm dedi.

Bunun üzərinə Ömər (ra) belə dedi:

-Vallah Bu döyüş istəyi Allahın Əbu Bəkir (ra) 'ın könlünü açmasından başqa bir şey deyildi, mən bildim ki bu, haqdır. "

Buxari 1325, Müslim 20/32, Əbu Davud 1556, Nəsəi 2442, Tirmizi 2607, İbn Hibban 216, İbni Mende İman 215, Əbdürrəzzaq 18718, Beyhaki 4/104, Əhməd 2/528

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top