Səhih Hədislər - Namazın Vaxtları

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


(1) Namaz Vaxtları

(5) Abdullah ibni Abbas (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Cəbrayıl mənə Kəbənin yanında iki dəfə imamlıq etdi. Zöhrü günəş qərbə doğru əyilib kölgə nalı daşması qədər olduğu zaman, əsri hər şeyin kölgəsi özü qədər olduğu zaman, axşamı oruclunun iftar etdiyi zaman, işanı şəfəq itdiyi zaman, səhəri yemək və içməyin haram olduğu zaman qıldırdı. Sabahısı gün zöhrü hər şeyin kölgəsi özü qədər olduğu vaxt, əsri hər şeyin kölgəsi iki misli olduğu vaxt, axşamı oruclu orucunu açdığı vaxt bir tək vaxtda işanı gecənin ilk üçdə birinə doğru, səhəri də ortalıq yaxşıca ağarınca qıldırdı. Sonra mənə dönərək:

- 'Ya Muhamməd! Bu səndən əvvəlki Nəbilərin vaxtı olduğu kimi sənin üçün də vaxt bu iki vaxtın arasıdır! 'dedi' buyurdu."

Əbu Davud 393, Tirmizi 149, İbni Huzeymə 325, Darekutni 1/258, Hakim 1/193, Beyhaki 1/364, Bəgavi 2/184

(6) Ubeydə atasından rəvayət edərək belə dedi:

"Bir adam, Rəsulullah (Sallallahu Əleyhi və Səlləm)ə gələrək namaz vaxtlarını soruşdu.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

- 'İki vaxtda bizimlə birlikdə namaz qıl' buyurdu.

Bilal (ra) a əmr etdi günəş meyl etdiyi vaxt azan oxudu. Sonra ona əmr etdi zöhür namazı üçün qamət gətirdi. Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) yenə ona əmr etdi, Bilal (ra) əsr üçün günəş yüksək, dümağ və tərtəmiz bir halda ikən qamət gətirdi. Sonra ona əmr etdi, günəş itincə məğrib namazı üçün Bilal (ra) qamət gətirdi. Sonra Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) əmr etdi şəfəq itincə Bilal (ra) işa namazı üçün qamət gətirdi. Sonra Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) əmr etdi şəfəq doğulduğu vaxt Bilal (ra) səhər namazı üçün qamət gətirdi. Sonra ertəsi gün Bilal (ra) a zğhür namazını sərinliyə qədər gözlətməsini əmr etdi.

Müslim 613/176, Əbu Avanə 1/176, Nəsai 518, Tirmizi 152, İbni Macə 667, İbni Huzeymə 323, Əhməd 5/394

(2) Fəcri Kəzib və Fəcri Sadiqin Təsbiti

(7) Abdullah ibni Məsud (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Bilalın azanı sizi sizdən heç kimsəni sahur yeməsindən uzaqlaşdırmasın! Fəcr, səhər belə deyil' buyurdu və barmaqlarıyla bunu göstərərək onları yuxarı qaldırdı və aşağıya endirdi.

'Ancaq Fəcr bax belədir' buyurdu. Ravi Zuxeyr, Rəsulullah (Sallallahu Əleyhi və Səlləm):

'Ancaq Fəcr bax belədir' deyərkən şəhadət barmağını orta barmağının üzərində edərək onları sağına və soluna doğru uzatdı dedi."

Buxari 669, Muslim 1093/39, Ebu Davud 2347, İbni Mace 1696, İbni Huzeymə 402, Tayalisi 350, Əhməd 1/386

(8) Aişə (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'... Bilal azanı gecə oxuyur. Siz ibni Ümmü Məktum azan oxuyana qədər yeyib-için!' buyurdu."

Buxari 670, Muslim 1902/389, Nəsai 638, İbni Huzeymə 403, Beyhaki 4/218

(3) namazı hansı hallarda İdrak Edilir

(9) Əbu Hureyrə (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Hər kim namazdan bir rükətə yetişərsə namaza çatmış olar' buyurdu."

Malik 1/10, Buxari 637, Müslim 607/161, Əbu Davud 1121, Nəsai 1/274, Tirmizi 524, Darimi 1/277, Əbdürrəzzaq 3370, İbni Mace 1122, İbni Huzeymə 985, İbni Hibban 1483

(10) Əbu Hureyrə (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Hər kim əsr namazından bir rükətə günəş batmadan əvvəl yetişsə əsr namazına yetişmiş olar, geri qalan namazını tamamlasın. Hər kim də günəş doğulmadan əvvəl səhər namazının bir səcdəsinə yetişsə səhər namazına yetişmiş olar, geri qalan namazını tamamlasın' buyurdu."

Buxari 620, Muslim 608/13, Nəsai 514, Darimi 1/277, İbni Macə 699, Əhməd 2/254

(4) Unudan Kimsənin Namaz Vaxtı

(11) Ənəs (ra) belə dedi:

"Nəbi (Sallallahu Əleyhi və Səlləm):

'Hər kim bir namazı unutsa, onu xatırladığında qılsın! O namazın kəffarəsi, yalnız o qıldığı namazdır' buyurdu."

Müslim 684/315, 316, Buxari 648, Əbu Avanə 1/385, Əbu Davud 442, Nəsai 614, Tirmizi 178, Darimi 1/280, İbni Mace 696, İbni Huzeymə 991, İbni Hibban 1556, Beyhaki 2/218, Begavi 393, Əhməd 3/100, Albani Cami 6571

(5) Yatan Kimsənin Namaz Vaxtı

(12) Ənəs (ra) belə dedi:

"Nəbi (Sallallahu Əleyhi və Səlləm):

'Hər kim bir namazı unudar yaxud qılmadan yatar qalarsa, o namazın kəffarəsi xatırladığında onu etməsidir' buyurdu."

Müslim 684/315, Buxari 648, Ebu Avanə 1/385, Əbu Davud 442, Nəsai 614, Tirmizi 178, Darimi 1/280, İbni Macə 696, İbni Hibban 1556, Begavi 393, Əhməd 3/100, Albani Cami 6571

(13) Qatadə (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'... Yuxuda ikən namazı qaçırmada bir taxsır yoxdur. Taxsır digər bir namaz vaxtı girənə qədər namazını qılmayan kimsə üzərinə vardır! ..' buyurdu."

Müslim 681/311, Əbu Davud 437, Nesei 615, Tirmizi 177, İbni Macə 698, İbni Huzeymə 989, İbni Hibban 1460, Əbdürrəzzaq 2240, Darəkutni 1/386, Beyhaki 1/376, Əhməd 5/298

(6) Yayda Zöhür Namazını təxir etmək Caizdir

(14) Əbu Hureyrə (ra) belə dedi:

"Nəbi (Sallallahu Əleyhi və Səlləm) :

'İsti şiddətləndiyi zaman namazı sərinliyə buraxın! Şübhəsiz istinin şiddəti Cəhənnəmin qaynamasındandır' buyurdu."

Buxari 606, Muslim 615/180, Əbu Avanə 1/346, Əbu Davud 402, Nəsai 499, Tirmizi 157, Darimi 1/219, İbni Macə 687, İbni Hibban 1507, Tayalisi 2302, Beyhaki 1/437, Əhməd 2/238, 266

(7) Orta Namazının Əsr Namazı Olduğu

(15) Əli bin Əbi Talib (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm) Əhzab günü:

'Günəş dönənə qədər bizi orta namazını qılmağa qoymadılar, Allah da onların qəbirlərinə və ya evlərinə və qarınlarına atəş doldursun!' buyurdu."

Müslim 627/203, Əbu Avanə 1/355, Nəsai 427, Tirmizi 2984, Əhməd 137

(16) Səmurə bin Cündəb (ra) belə dedi:

"Nəbi (Sallallahu Əleyhi və Səlləm):

‘Orta namazı, əsr namazıdır’ buyurdu.”

Tirmizi 2983

(8) Namaz qılınması Qadağan Vaxt

(17) Abdullah ibni Abbas (ra) belə dedi:

"Özlərindən razı olunan kəslər yanımda o kəslərdən ən razı olunanı isə Ömər (ra) dır. Nəbi (Sallallahu Əleyhi və Səlləm) sübh vaxtı günəş doğulana qədər, bir də əsrdən sonra günəş batana qədər namaz qılmaqdan qadağan etdi deyə şahidlik etdilər."

Buxari 638

(18) Əbu Hureyrə (ra) belə dedi:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) iki namazı qadağan etdi! Fəcirdən sonra günəş doğana qədər və bir də əsrdən sonra günəş batana qədər."

Buxari 642

(19) Uqbə ibn Amir əl-Cühəni (ra) belə dedi:

"Üç saat var ki Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) o saatlarda namaz qılmamızı və ölülərimizi dəfnetməyi bizə qadağan edərdi!

1) Günəş ilk aşkar şəkildə doğulduğu vaxtdan bir mizraq miqdarı yüksəlincəyə qədər,

2) Səmanın tam ortasında qaim olduğu heç bir şeyin kölgəsinin olmadığı vaxtdan günəş bir az meyl edənə qədər,

3) Günəş batmağa meyl etdiyi vaxtdan batana qədər."

Müslim 831/293

(20) Əbu Ümamə belə dedi:

"Amr bin Əbəsə əs-Süləmi belə dedi:

-Mən Mədinəyə gəldim və Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) in yanına girib:

-Ya Rəsulallah! Məni tanıyırsınızmı? dedim.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

- 'Bəli, sən mənimlə Məkkədə qarşılaşmışdın' buyurdu.

Mən:

-Bəli, oyam dedim.

Mən:

-Ey Allahın! Nəbisi, Allahın sənə öyrətdiyi və mənim bilmədiyim şeyləri mənə xəbər versəniz, mənə namazı bildirsəniz dedim.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm) :

- 'Səhər namaz qıl, sonra günəş doğulub yüksəlincəyə qədər namazdan əl çək! Şübhəsiz günəş doğulub yüksələrkən şeytanın iki buynuzu arasında yüksələr. O zamanda kafirlər ona səcdə edərlər. Sonra mızrağın kölgəsi olmayıb günəş səmanın tam ortasında olana qədər namaz qıla bilərsən. Şübhəsiz namaz mələklər tərəfindən müşahidə olunan və qullar tərəfindən hazır olunan bir ibadətdir. Sonra namazdan çəkil! Şübhəsiz o zaman cəhənnəm yaxşıca alovlandırılır. Kölgə gəldiyi zaman yenə namaz qıl. Şübhəsiz namaz mələklər tərəfindən müşahidə olunan və qullar tərəfindən hazır olunan bir ibadətdir. Nəhayət əsri edərsən. Bundan sonra günəş batana qədər namaz qılmaqdan çəkil! Şübhəsiz günəş şeytanın iki buynuzu arasında batar. O zamanda kafirlər ona səcdə edərlər " buyurdu ..."

Müslim 832/294

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top