Səhih Hədislər - Namazın vacibliyi

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


(1) Namaz fərzdir

(1) Talha bin Ubeydullah (ra) belə dedi:

"Nəcd xalqından saçı başı dağınıq bir kimsə Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) ə gəldi. Uzaqdan səsinin uğultusunu duyur, lakin nə dediyini anlamırdıq. Nəhayət Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) ə yaxınlaşdı. Məgər o kimsə İslamın nə olduğunu soruşurmuş.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Bir gün və gecəsində beş vaxt namaz qılmaqdır' buyurdu.

O kimsə:

-Üzərimə bu namazdan qeyri namaz var mı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Xeyr, ancaq sən nafilə qılsan bu müstəsnadır' buyurdu.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm) davamında:

-'Ramazan orucunu tutmaqdır' buyurdu.

O kimsə:

-Üzərimə bu orucdan qeyri tutmam lazım olan oruc var mı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Xeyr, ancaq sən nafilə olaraq oruc tutsan bu müstəsnadır' buyurdu.

Talha (ra) deyir ki:

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) ona zəkatıda izah etdi.

O kimsə:

-Üzərimə bu zəkatdan qeyri verməm lazım olan başqa bir zəkat var mı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Xeyr, ancaq sən nafilə olaraq sədəqə versən bu müstəsnadır' buyurdu.

Ardınca o kimsə:

-Vallahi bunun üzərinə nə artıraram nə də eksildərəm deyərək arxasını dönüb getdi.

Bunun üzərinə Rəsulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Əgər doğru söyləyirsə nicat tapacaqdır' buyurdu."

Malik 1/175/94, Buhari 1767, Müslim 11/89, Əbu Avanə 1/310, Əbu Davud 391, Nəsai 457, Darimi 1/309, İbni Huzeymə 306, İbni Hibban 1724, Bəgavi 1/18, Ahmed 1/162

(2) Ənəs bin Malik (ra) belə dedi:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm)ə bir şey soruşmaqdan yasağlanmışdıq. Çöl əhalisindən ağıllı bir kimsənin gəlib Rəsulullah (Sallallahu Əleyhi və Səlləm)ə bir şeylər soruşması bizim də onu dinləməmiz xoşumuza gələrdi.

Bir gün çöl əhalisindən bir adam gəldi və:

-Ey Muhamməd! Elçin bizə gəldi və Allahın səni Rasul olaraq göndərdiyini söylədiyini bizə xəbər verdi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Səmanı kim yaratdı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Yeri kim yaratdı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Yer üzündəki (bu) dağları kim tikdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Yer üzündəki faydalı şeyləri kim yaratdı? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Allah' dedi.

Adam:

-Səma və ərzi yaradan, orada dağları yüksəldib faydalı şeylər meydana gətirən Allah haqqı üçün səni həqiqətən Allahmı Rasul etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Bizə gələn elçin, hər gün və gecədə üzərimizə beş vaxt namazın fərz olduğunu söylədi! dedi. Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rəsul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Elçin, bizim mallarımızdan zəkatın üzərimizə fərz olduğunu söylədi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rasul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Elçin, hər il Ramazan ayında orucun üzərimizə fərz olduğunu söylədi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rasul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi. Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Elçin, yoluna gücü yetənə Kəbəni həcc etmənin üzərimizə fərz olduğunu söylədi! dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Doğru söyləmişdir' dedi.

Adam:

-Seni Rasul olaraq göndərən şəxsə and verirəm, bunu sənə həqiqətən Allahmı əmr etdi? dedi.

Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

-'Bəli' dedi.

Adam:

-Səni haqq ilə göndərən şəxsə and içərəm ki, bunlara bir şey artırmayacağam; bunlardan heç bir şeyi də azaltmayacağam! dedi.

Arxasını dönüb gedincə, Nəbi (Sallallahu Əleyhi və Səlləm):

-'Əgər doğru söyləyirsə əlbəttə cənnətə girər' buyurdu."

Nəsai 2090, Muslim 12/10, İbni Əbi Şeybə əl-İmam 45, Tirmizi 619, Əhməd 13010

(2) Uşağa Namaz nə Zaman əmr edilir?

(3) Səbra (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Uşaq yeddi yaşına çatdığında namazı əmr edin! On yaşına gəldiyində (namaz qılmazsa) döyün!' buyurdu."

Ebu Davud 494, Tirmizi 407, Darimi 1/273, İbni Ebi Şeybə 1/381, İbni Huzeymə 1002, Darəqutni 1/230, Əhməd 3/01

(4) Aişə (ra) belə dedi:

"Rasulullah (Sallallahu Əleyhi və Səlləm):

'Üç adamdan qələm qaldırıldı.

1) Yatan oyanana qədər,

2) Dəli axıllanıncaya qədər,

3) Uşaq böyüyüncəyə ihtilam olana qədər (bunlara məsuliyyət yoxdur)' buyurdu."

Əbu Davud 4398, Nəsai 3432, Darimi 2/93, İbni Macə 2041, İbni Hibban 142, İbnul Carud-148, Hakim 2/59, Əhməd 6/100

 

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top