Səhih Hədislər - MƏQSƏDİMİZ

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Allah-u Təala belə buyurur:

"Sizdən xeyrə çağıran, yaxşılığı əmr edib pisliyi qadağan edən bir camaat olsun! Onlar nicat tapanlardır. "

Ali-İmran 104

Allah-u Təala yenə belə buyurur:

"Siz, insanlar üçün çıxardılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edir, və pis əməlləri qadağan edir və Allaha iman getirirsiniz ... "

Ali-İmran 110

Allah-u Təala başqa bir ayədə belə buyurur:

"Əsrə and olsun ki, insan ziyandadır. Ancaq iman gətirib yaxşı əməl edənlər, bir-birinə haqqı tövsiyə edən və bir-birlərinə səbri tövsiyə edənlər müstəsnadır. "

Əsr 1, 2, 3

Allah-u Təala başqa bir ayədə də belə buyurur:

"Ey iman gətirənlər! Allahdan qorxun. Hər kəs sabah üçün nə hazırladığına bir baxsın. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır!. "

Həşr 18, 20

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Sizdən kim bir münkər görərsə onu əli ilə dəyişdirsin! Əgər ona gücü çatmazsa dili ilə onu dəyişdirsin! Əgər ona da gücü çatmazsa qəlbi ilə dəyişdirsin! Bu isə imanın ən zəifidir."

Müslim 49/78

Huzeyfə bin əl-ibnul Yəmən (ra) belə dedi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Nəfsim əlində olan Allaha and içirəm ki, ya yaxşılığı əmr edər və pisliyi qadağan edərsiniz. Ya da Allah Öz qatından bir əzab göndərər ki, sonra o əzabı qaldırması üçün Allaha dua edərsiniz, sizə qarşılıq verilməz ... "buyurdu."

Əhməd 5/388, Tirmizi 2259, Bəqavi 4154, Albani Sahihu'l-Məscid 7070

Səlman (ra) belə dedi:

"Rəsulullah (sallallahu aleyhi və səlləm):

'Yaşayanların əməlindən üç dənəsi ölülərin lehinə mükafat olaraq davam edər:

1) Arxasından özünə dua edən saleh bir nəsil buraxan kimsə. Onların duası o kimsəyə mükafat olaraq yazılar.

2) Faydası davamlı olan bir sədəqə edən kimsə. Bu şəxsin sədəqəsi onun faydası davam etdiyi müddətcə ölümündən sonra özünə mükafat olaraq yazılmağa davam edir.

3) Elm öyrədən kimsənin əcri də o elmlə əməl edildiyi müddətcə əməl edənlərin savabından bir şey azalmadan o kimsəyə yazılmağa davam edir, 'buyurdu. "

Tabarani Mucemu'l-Kebir 6181, Albani Sahihu'l-Məscid 888

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Öz nəfsini unudaraq insanlara xeyir öyrədən alimin nümunəsi, insanları işıqlandırmaq üçün yanan şam kimidir."

Tabarani Mucemu'l-Kebir 1681, Albani Sahihu'l-Məscid 5837

Bu Ayələr və Səhih hədislər işığında "Məqsədimiz" insanlara yaxşılığı əmr edib, pis əməlləri qadağan etməkdir! Birdə öldükdən sonra əməl dəftərimizin bağlanmamasını istəyiriksə, insanlara elm öyrətməmiz lazımdır. Bununla birlikdə insanlara yaxşılığı əmr edib pisliydən çəkindirdiyimiz halda özümüz bunları etməzsək aşağıdakı Səhih Hədisin həmsöhbəti olarıq ki; bundan da Allaha sığınırıq.

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Qiyamət günü bir adam gətirilər və atəşin içinə atılar. Atəşin içində bağırsaqları çölə tökülür. Bu səbəblə o kimsə bağırsaklarının ətrafında eşşəyin dəyirman ətrafında döndüyü kimi dönər.

Bunun üzərinə atəş əhalisi onun ətrafına toplanarlar və:

-Ey filan, sənin bu halın nədir deyərlər, sənə nə oldu. Sən bizə yaxşılığı əmr edər və pisliklərdən çəkindirərdin deyərlər.

O kimsə:

-Bəli, mən sizə yaxşılığı əmr edərdim ancaq onu özüm etməzdim. Mən sizə pisliklərdən çəkindirərdim və onu özüm edərdim deyə cavab verər. "

Əhməd 21843, Buxari 3065, Müslim 2989/51, Albani Sahihu'l-Məscid 8022

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top