Səhih Hədislər - İman

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Yaradılışın məqsədi: Allahı bilmək və Onu ibadətlərlə birləməkdir. Bu barədə Allah-u Təala belə buyurur:

"Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur ..."

Məhəmməd 19

"Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım."

Zariyat 56

"Biz göyləri, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq, onları haqq olaraq yaratdıq. Lakin onların çoxu bunu bilmir. "

Duxan 38, 39

Zariyat surəsi 56. ayədə ifadə edilən gerçək səbəb Allaha qulluq olduğu qətidir.

"Allah göyləri və yeri gerçək olaraq yaratdı, ta ki hər kəs qazandığının əvəzini alsın. Onlara haqsızlıq edilməz . " Casiyə 22. ayəsində də " hər nəfsin qazandığı ... " ifadəsi adamın ibadət edib etməməklə əlaqədar, qazandığı savab və ya günahı olduğuna şübhə yoxdur.

Bu səbəbdən qula lazımlı olan, fitrətinə uyğun hərəkət edib Allaha qarşı ubudiyetini haqqıyla yerinə yetirməsidir. Çünki Allah-u Təala quşların fitrətinə uçma, balıqların fitrətinə suda həyat və üzmə xüsusiyyəti verdiyi kimi insan və cinlərin fitrətinə da ibadət etmə xüsusiyyəti vermişdir.

Bu onlardan qaçınılmaz meydana gələcəkdir. Bu səbəblə onların bəzisi Allaha qulluq edərkən digər bəzisi da ağac, daş, öz həvası və s. Allahdan qeyri şeylərə qulluq edir. Bu tapınmaların təxminən hamısına Qurandan dəlil tapmaq mümkündür:

"İbrahim dedi ki: Əlinizlə yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizi də, sizin düzəltdiylərinizi də Allah yaratmışdır. "

Saffat 95, 96

"O gün (Allah) onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizəmi ibadət edirdilər?” (Mələklər) deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”. "

Səba 40, 41

"Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?"

Furqan 43

Yuxarıda ifadə edildiyi kimi Allah-u Təala cin və insanları özünə ibadət etsin deyə yaratmış və qulluğu onların fitrətlərinə bir xüsusiyyət olaraq naxışetmişdir. Bundan sonra onlardan fitrətin gərəyi qulluğu yerinə yetirmələri üçün də əhd almışdır:

"Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu ona görədir )ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz."

Əraf 172

Allah, cin və insanlardan istədiyi qulluğu onlara izah edib göstərmək üçün Rəsullar göndərmiş və kitablar endirmişdir. Dünya və axirətin yaradılışı, qiyamətin qopuşu, əməl dəftərlərinin təşkil edilməsi, sırat körpüsünün və tərəzinin quruluşu kimi şeylərin hamısı, etməklə mükəlləf olduğumuz bu qulluq üçündür. Bu səbəbdən qulun ilk öyrənəcəyi qulluğunu reallaşdıracağı şeylərdir. Ancaq bu əd, qulun əhli cənnət və ya əhli nar olması üçün kafi deyil.

İmanın Rükunları

Allah-u Təala Kitabında belə buyurur:

"Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər..."

Bəqərə 285

"Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür."

Nisa 136

"Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirənlərdir... "

Bəqərə 177

"Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq."

Qamər 49

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə buyurdu:

"İman; Allaha, Mələklərinə, Kitablarına, rəsullarına, axirət gününə iman etməyin və bir də qədərə; xeyirinə və şərinə iman etməyindir. "

Müslim 8/1

Adı çəkilən ayət və hədislərlə zikr edilən bu altı məsələ imanın üsullarıdır. Bu üsullar, Rəsulların göndərilmə və kitabların endirilmə səbəbləridir. Bu üsullara Quran və Səhih Sünnə çərçivəsi altında iman etmədən heç kimsənin imanı səhih olmaz. Bu üsullardan bir üsulu inkar edən kimsə iman dairəsindən çölə çıxar və kafirlərdən olur.

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top