Səhih Hədislər - Mağaraya sıxılan Üç adam

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Abdullah ibni Ömər (radıyallahu anhumə) belə dedi:

Nəbi (Sallallahu Əleyhi və Səlləm) belə buyurdu:

"Sizdən əvvəlki qövmlərdən üç adam birlikdə yolda gedərkən onlar yağışa tutuldular. Hemen dağdakı bir mağaraya girib sığındılar. Sonra mağaranın ağzına dağdan böyük bir qaya düşüb mağaranın girişini bağladı.

Bunun üzərinə onlardan biri digərlərinə:

-Həyatınızda Işlədiyiniz ən xeyirli əməli söyləyərək Allaha dua edin! dedi.

Onların biri belə dedi:

-Ey Allahım! Şübhəsiz ki, mənim yaşlı qoca anamla atam vardı. Mən hər gün qoyunlarımla otlağa çıxar, onları otlatır, sonra gəlib qoyunların südünü sağardım. Südü əvvəl anama və atama gətirirdim onlarda içərdi. Sonra uşaqlarım, qohumlarım və həyat yoldaşım içərdi. Bu da şübhəsiz ki, bir gün gec qaldım da mən ta axşam olana qədər sürünü gətirməmişdim.

Geç vaxtda gəldiyimdə anamı və atamı yatmış halda gördüm. Hər zaman ki kimi yenə südü sağdıq və anamla atamın başuçlarında dayandım. Onları yuxularından oyandırmağı istəmirdim. Onlardan əvvəl uşaqlarıma süd içirmək də istəmirdim. Uşaqlar isə ayağımın dibində aclıqdan ağlayırdılar.

O gecə gün doğana qədər mənim halım belə gözləməklə, onların halı də yatmaqla davam etdi. Ey Allahım! Şübhəsiz ki, Sən bilirsən ki, mən bunu Sənin Vəchin (Üzün) üçün etdim. Bizə bu qayanı aç da, biz oradan göy görək! dedi və onlar üçün bir az açıldı.

Onların digəri də (ikincisi də) belə dedi:

-Ey Allahım! Şübhəsiz ki, mənim əmim qızım vardı. Mən onu kişilərin qadınları sevməkdə olduqları sevginin ən şiddətlisi ilə sevirdim. Bir dəfə ondan nəfsini (cinsi əlaqəyə girmək) istədim.

Əmimin qızı mənə:

-Yüz Dinar gətirməyincə olmaz! dedi.

Mən bu pulu qazanmaq üçün çalışdım, nəhayət yüz dinarı topladım. Sonunda əmim qızına bu yüz dinar ilə qovuşdum. İki qıçı arasına oturduğum zaman əmim qızı mənə:

Allah tərəfindən qorx! Haqqın olmadan bəkarət möhürünü (nikah haqqını yerinə yetirmədən) pozma! dedi.

Bunun ardınca qalxdım və onu tərk etdim! Şübhəsiz ki, Sən bilirsən, şübhəsiz ki, mən bunu Sənin Vəchin (Üzün) üçün etdim. Bizə bu qayanı aç! dedi. Buna ardınca qaya onlardan üçdə iki miqdarında açıldı.

Onların digəri də (üçüncüsü də) belə dedi:

-Ey Allahım! Şübhəsiz ki, Sən bilirsən, şübhəsiz ki, mən bir ölçək darı qarşılığında bir işçi tutmuşdum. Mən ona iş sonunda ödənişini verdim. Lakin o ödənişini almaqdan çəkindi (buraxdı getdi). Mən mövsümündə bu darıyı əkdim. Nəhayət məhsulu ilə bir mal və bir də çoban satın aldım.

Bir müddət sonra o işçi gəldi və mənə:

-Ey Allahın! Qulu, mənim haqqımı mənə ver! dedi.

Mən də ona:

-bu Sığırlara və çobanı götür; çünki onların hamısı sənindir! dedim.

Adam mənə:

-Mənimlə Lağ etmə! dedi.

Məndə ona:

-Xeyr, Mən səninlə lağ etmirəm! Lakin bunlar sənindir, dedim. Ey Allahım! Şübhəsiz ki, Sən bilirsən ki, mən bunu Sənin Vəchin (Üzün) üçün etdim. Bizdən bu qayanı aç dedi. Buna ardınca onlar üçün (mağaranın qapısı) açıldı. "

Buxari 5/2050, Müslim 2743/100

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top