Səhih Hədislər - Kral, rahib və gənc

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Süheyb radıyallahu anh belə demişdir: 

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurmuşdur:

"Sizdən əvvəl gələn qövmlərdə bir kral vardı və bir də onun cadugəri vardı. Cadugər yaşlaşanda krala dedi ki:

Mən yaşlandım, əcəlim gəldi. Buna görə də mənə bir gənc ver də ona cadu öyrədim. Kral ona bir. cavan verdi və o, cavana cadu öyrədirdi. Cadugər ilə kral arasında bir də rahib vardı. Cavan rahibin yanına gəldi və onun sözlərini dinləyib ona heyran oldu, sözlərinə bağlandı. Cavan cadugərin yanına gəldiyində cadugər onu döydü və; səni tutan nədir? dedi. Ailəsinin yanına gəldiyində onlar da cavanı döyüb; səni tutan nədir? dedilər. Cavan bunu rahibə dərd yanaraq izah etdi. Rahib dedi ki:

Cadugər səni döyəcəyi zaman: Ailəm məni həbs etdi, de. Ailən sənə zərər verəcəyi zaman da: Cadugər məni həbs etdi, de.

Süheyb deyər ki: Onlar bu vəziyyətdə ikən bir heyvanın üzərində böyük bir müsibət gəlib çatdı. və insanları içəri tıxadı onu aşıb çıxa bilmədilər. Cavan dedi ki: Bu gün mən rahibin vəziyyətininmi Allah qatında daha yaxşı olduğunu, yoxsa cadugərin vəziyyətininmi daha yaxşı olduğunu öyrənərəm. Bir daş götürdü və:

"Allah'ım, əgər rahibin vəziyyəti Sənin üçün daha yaxşı və cadugərin vəziyyətindən daha sevimli isə bu heyvanı öldür də insanlar onun narahatlığından xilas olub çölə çıxsınlar, dedi. Daşı atdı və heyvanı öldürdü. İnsanlar beləcə onun təhlükəsindən xilas oldular. Cavan bu vəziyyəti rahibə xəbər verdiqdə, rahib dedi ki:

Bala cən, sən məndən daha üstünsən və sən irəlidə sınanacaqsan. Sınandığın zaman mənim əleyhimdə yol göstərmə. Cavan karları eşitdirir, dilsizləri danışdırır və digər xəstələri yaxşılaşdıraraq onları müalicə edirdi. Kralın məclisində olan yoldaşlarından biri kor olmuşdu, cavanın ününü eşitdi və ona bir çox hədiyyələrlə gəlib;

məni xəstəliyimdən qurtar da burada olanların hamısı sənin olsun, dedi. Cavan;

"mən kimsəni xəstəlikdən qurtara bilməm ancaq Aziz və Celil olan Allah qurtarar, əgər ona iman qətirsən mən sənin üçün Allah'a dua edərəm də səni yaxşılaşdırar, dedi. o da Allah'a iman qətirdi və cavan da onun üçün Allah'a dua etdi, adam yaxşılaşdı. Sonra adam hökmdarın yanına gəldi və hər vaxt oturduğu yerə oturdu. Hökmdar ona:

Ey Filan gözünü sənə kim geri verdi? dedi. Adam; Rəbbim, dedi. Hökmdar; mənmi? dədikdə adam; xeyr mənim və sənin Rəbbin olan Allah, dedi. Hökmdar:

Sənin məndən başqa Rəbbin dəmi var? dedi. Adam; bəli mənim və sənin Rəbbin olan Allah, dedi. Və hökmdar adama işgəncə etməyə başladı. Nəhayət adam cavanı xəbər verdi. Hökmdar ona elçi göndərib çağırtdı və dedi ki: Balam, sən karları eşitdirəcək, dilsizləri danışdıracaq qədər caduda irəlilədin və bu xəstəlikləri yaxşılaşdıracaq qədər inkişaf etdin, dedi. Cavan;

"mən kimsəni yaxşılaşdıra bilmərəm. Tək və tək Əziz və Celil olan Allah şəfa verər, dedi. Hökmdar: Mənmi? dədikdə, cavan; xeyr, dedi. Hökmdar ona:

Sənin məndən başqa Rəbbinmi var? dedi. Cavan;

mənim də Rəbbim sənin də Rəbbin olan Allah, dedi. Hökmdar onu da götürüb işgəncə etməyə başladı və işgəncəyə davam eddiqdə, cavan rahibi xəbər verdi. Rahib gətirildiqdə ona; dinindən dön, deyildi. Rahib bunu etmədi. Hökmdar mişarı rahibin başının ortasına qoydu və onu ortadan iki parçaya ayırdı. Kor olan adama:

Dinindən dön, dedi. Adam bunu etmədiqdə mişarı başının ortasına qoydu və yerə qədər onu ikiyə parçaladı. Cavana:

Dinindən dön, dedi. O dinindən dönməyincədə bir topluluqla birlikdə onu filan və filan dağa göndərdi və onlara dedi ki: Dağın təpəsinə çatdığınızda əgər dinindən dönsə dönər, yoxsa dağın təpəsindən onu tullayın. Adamlar onu dağın təpəsinə apardılar və dağa çıxardıqda cavan dedi ki:

Allah'ım, onlara qarşı Sən dilədiyin şəkildə məni qoru. Dağ yerindən oynadı və onların hamısı aşağı düşdülər. Cavan araşdıraraq hökmdarın yanına gəldi. Hökmdar ona:

Yoldaşların nə etdilər? dedi. Cavan: Onlara qarşı Allah məni saxladı, dedi. Bunun üzərinə hökmdar bir qrup adamıyla birlikdə onu bir qayığa mindirərək dedi ki:

Dənizin dalğalı yerinə çatdığınızda dinindən dönsə dönər, yoxsa onu dənizə atıb boğun, dedi. Onlar dənizin dalğalı yerinə getdiklərində cavan:

Allah'ım, dilədiyin şəkildə məni onlardan qoru, dedi. Bunun üzərinə hökmdarın adamlarının hamısı dənizdə boğuldular. Cavan dönüb gəldi və hökmdarın yanına girdi. Hökmdar:

Yoldaşların nə etdi? dedi. Cavan onlara qarşı Allah məni saxladı, dedi. Sonra hökmdara dedi ki: Mənim sənə söyləyəcəyəmi etmədikcə məni öldürməyə gücün çatmaz. Əgər mənim sənə bildirdiyimi etsən məni öldürərsən. Hökmdar:

Nəymiş o? dədiqdə, cavan dedi ki:

Sən, insanları yüksəkcə bir yerdə toplayarsan, sonra məni bir xurma kötüyünə asarsan, sadağımdan bir ox götürərsən və cavanın Rəbbi olan Allah adına deyər və atarsan. Əgər belə etsən məni öldürərsən. Hökmdar belə etdi və oxu nəşrin atış yerinə qoydu, sonra; cavanın Rəbbi olan Allah adına, deyib atdı' Ox cavanın gözüylə qulağının ara yerinə isabət etdi və cavan əlini oxun dəydiyi yerə qoyub öldü. Bunun üzərinə xalq; cavanın Rəbbinə inandıq, dedilər. Hökmdara; görürsənmi Allah'a and olsun ki qorxduğun şey başına gəldi. Xalqın hamısı iman etdi, deyildi. Bunun üzərinə hökmdar, dəmirçi başına əmr etdi də hər tərəfdə çuxurlar qazıldı və atəşlər yandırıldı. Hökmdar dedi ki:

Kim dinindən dönsə onu buraxın, dönməyənləri atəş çuxuruna atın. Suheyb deyir ki:

orada bir-birlərinə qarşı müdafiə edir və mübarizə verirdilər. Nəhayət balasını əmizdirən bir qadın gətirildi. Sanki qadın əyilib atəşə düşmək üzrə idi. Uşaq dedi ki:

anacığım səbr et, sən şübhəsiz haqq üzrəsən.

Müslim 3005/73, Tirmizi 3560

 

Alimlər bu hədisi haqqında belə demişlər:

"Haqq yolda gedərkən bütün çətinliklərə stabillik göstərmək və haqqı ortaya qoymaqdan bir an belə geri durmamaq lazımdır! Hərçənd mömin ölümlə qarşı-qarşıya gəldiyi anda ürəyindəki imanı mühafizə etmək şərtiylə iki bənddən birini seçməkdə sərbəst buraxılmışdır. Ammar bin Yasir (ra) küfrü söyləyərkən, Bilal (ra) isə Rəbbim bir deyərək haqqı elan etməyi seçmişdir.

Allah-u Təala onların hər ikisindən də razı olsun. Lakin daha şərəfli və mübarək olanı, haqq yolda gedərkən çətinliklərə və ağrılara səbr göstərmək və haqqı ortaya qoymaqdan bir an belə tərəddüd etməməkdir.

Buruc surəsində və yuxarıdakı hədisdə izah qədəriylə, möminlərin belə işgəncəyə məruz qalmalarının səbəbi, bir olan Allaha ibadət etməkdir. Budur bundan ötəri möminlər, cəm olaraq alovlu atəşlər olan xəndəklərə atılırlardı. Onlar da qundaqdakı uşağın göstərdiyi səbri göstərib ölümü seçirdilər.

Allah-u Təala, möminlərin göstərdikləri bu üstün təslimiyyətdən ötəri onları uca kitabının təmiz səhifələrində anmışdır. Bundan daha böyük bir şərəf ola bilər mi görəsən? Biz müsəlmanlar, bir hissəmiz, bolluq və rahatlıqla imtahan edilirik. Hərçənd Müsəlmanları bir bədənin üzvləri kimi düşünsəniz, ağrılar içində qıvranmamız lazımdır amma təəssüf ki, daha bir bədənin üzvləri kimi deyilik!

Allah-u Təala belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! 

Al-i İmran 200

Allah (Azzə və Cəllə) bizləri də yer üzündəki digər müsəlmanları imtahan etdiyi kimi çətinliklərlə imtahan edərsə, əgər səbrimizin və imanımızın dərəcəsini ölçmək istərsə nə edərik? Belə bir imtahana hazıram? Sualını hər müsəlman özünə soruşmalıdır.

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top