Səhih Hədislər - Ey Adəmoğlu! Mən Xəstə Oldum, Məni ziyarət etmədi!

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Əbu Hureyrə (ra) belə dedi:

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə buyurdu:

" Şübhəsiz ki , Allah Azzə və Cəllə qiyamət günündə belə buyurur:

-'Ey Adəmoğlu! Mən xəstə oldum, məni ziyarət etmədin!

Adəmoğlu belə deyər:

-Ya Rəbb! Sən aləmlərin Rəbbi olduğun halda mən Sənə necə xəstə ziyarəti edə bilərəm?

Allah Azzə və Cəllə belə buyurur:

-Sən bilmirsən ki Mənim filan qulum xəstə olmuşdu da sən onu ziyarət etməmişdin! Yenə sən bilmirsən ki, əgər sən onu ziyarət etsəydin, şübhəsiz ki məni onun yanında tapacaqdın! Ey Adəmoğlu, Mən səndən yemək istədim, lakin sən Mənə yemək vermədin!

Adəmoğlu belə deyər:

-Ya Rəbb! Sən aləmlərin Rəbbi olduğun halda mən Sənə necə yemək verərəm?

Allah Azzə və Cəllə belə buyurur:

-Sən bilmirsən ki Mənim filan qulum səndən yemək istəmişdi də sən ona yemək verməmişdin! Sən bilmirsənki ki, əgər sən ona yemək versəydin, şübhəsiz ki verdiyini mənim yanımda tapacaqdın!

Allah Azzə və Cəllə belə buyurur:

-Ey Adəmoğlu! Mən səndən su istədim də sən Mənə su vermədin!

Adəmoğlu belə deyər:

-Ya Rəbb! Sən aləmlərin Rəbbi olduğun halda mən Sənə necə su verərəm?

Allah Azzə və Cəllə belə buyurur:

-Mənim Filan qulum səndən su istəmişdi də sən ona su verməmişdin! Əgər sən ona su versəydin, şübhəsiz ki verdiyini mənim yanımda tapacaqdın! "

Müslim 2569/43

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top