Səhih Hədislər - Dünyanı Sevmək və Ölümü Sevməmək!!!

Nəbi sallallahu əleyhi və səlləm belə buyurdu: "Üç adam var ki, onlara kömək etmək Allahın öz üzərinə aldığı bir haqqdır! Allahın yolunda cihad edən Mücahid. İffətli olmaq istəyiylə evlənən kimsə və öz əvəzini ödəmək istəyiylə yazışma edən kölə." İbni Hibban 4030, Nəsəi 3120, 3218, Tirmizi 1655, İbni Macə 2518

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Səvban (ra) belə dedi: Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Yaxında digər millətlər, yemək yeyənlərin çanaq üzərinə toplandığı kimi, sizin üzərinizə toplanacaq!"

Adamın biri, Rəsulullah (sallallahu aleyhi və səlləm) ə:

-O gün biz az mı olacağıq? dedi.

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:

- "Əksinə, o gün siz çox olacaqsınız! Lakin sizlər selin (sürüdüyü) çöp kimi olacaqsınız! Allah, düşmənlərinizin sinələrindən sizə qarşı qorxunu qaldıracaq və sizin qəlblərinizə vəhən atacaq!

"Adamın biri, Rəsulullah (sallallahu aleyhi və səlləm) ə:

-Ey Allahın Rəsulu! Vəhən nədir? dedi.

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurdu:

- "Dünyanı sevmək və ölümü sevməməkdir."

Əbu Davud 4297, Ahmad min Hənbəl Müsnəd 5/287, Albani Sahiha 958

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top