Səhih Hədislər - Cihada Arxasını Dönən Allahın qəzəbinə uğrayar!

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


İbni Hasasiyə radıyallahu anh belə dedi:

Rəsulullah sallallahu əleyhi və səlləmə İslam üzərinə beyət etmək üçün gəldim. Mənə, Allahdan başqa haqqı ilə ibadət olunan heç bir ilah olmadığına, Muhammədin Allahın qulu və Rəsulu olduğuna şahidlik etməyi, beş vaxt namaz qılmağı, Ramazan orucunu tutmağı, zəkat verməyi, həcc etməyi və Allahın yolunda cihad etməyi şərt qoşdu.

Mən:

-Ey Allahın Rəsulu! İkisinə gəlincə, mən onlara güc yetirə bilmərəm! Mənim malım, on dənə dəvədir. Onlar da uşaqlarımın südü və miniyidir. Bu səbəbdən zəkat verə bilmərəm! Cihada gəlincə, cihada arxasını dönənin Allahın qəzəbinə uğrayacağını söyləyirlər! Bu səbəblə döyüşə girdiyimdə, ölümü istəməməkdən və nəfsimin qorxmasından qorxuram, dedim.

Rəsulullah sallallahu əleyhi və səlləm əllərini açıb hərəkət etdirdi və belə buyurdu:

"Zəkat yox! Cihad da yox! O zaman nə ilə cənnətə girəcəksən?!"

İbni Hasasiyə radıyallahu anh belə dedi:

-Ey Allahın Rəsulu! (Zəkat verməyi və Allahın yolunda CİHAD etməyi qəbul edirəm və) Sənə beyət edirəm.

Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm bütün bunların üzərinə məndən beyət aldı.

Beyhaki Sünənül-kübra Kitabus-Siyər 9/20

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top