Səhih Hədislər - Cihad haqqında enən ayət!

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Numan bin Bəşir radıyallahu anh belə dedi:
"Mən, Rəsulullah sallallahu əleyhi və səlləm 'in minbərinin yanında idim. Bir adam belə dedi:
-Mən İslamın ardından hacıları sulasam da sonra heç bir əməl işləməsəm, maraq etməm!
Digər bir adam da belə dedi:
-Mən də İslamın ardından Məscidi-Haramı abadlıq etsəm də sonra heç bir əməl işləməsəm, maraq etməm!
Digər bir adam da belə dedi:
-Allahın yolunda cihad etmək, sizin dediyinizdən daha fəzilətlidir!
Bunun üzərinə Ömər radıyallahu anh bu adamları danlayıb belə dedi:
-Susun! Bu gün Cümə günüdür! Rəsulullah sallallahu əleyhi və səlləm 'in minbərinin yanında səslərinizi qaldırmayın! Lakin Cümə namazını qıldıqdan sonra mən, Rəsulullah sallallahu əleyhi və səlləm 'in yanına girər; sizin ixtilaf etdiyiniz xüsusu Ondan soruşaram!
Bunun üzərinə Allah Azzə və Cəllə Tövbə Surəsi 19. ayəsini sonuna qədər endirdi:

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

"Siz, hacılara su verməyi və Məscid-i Haramı təmir etməyi, Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edən şəxs kimi mi sanırsınız? Onlar, Allahın yanında eyni olmazlar! Allah zalım tayfanı doğru yola yönəltməz! "

Müslim 1879/111

 

 

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top