Səhih Hədislər - Allah Səni Bağışlamaz! deyən Adam

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Əbu Hureyrə (ra) belə dedi:

Rəsulullahdan (Sallallahu Əleyhi və Səlləm) eşitdim belə buyururdu:

"İsrail oğullarından öz aralarında qardaşlıq bağı qurmuş iki adam var idi. Bunlardan biri günah işlər, digəri ibadətlərdə müctəhid idi (çalışırdı).

İbadətlərlə məşğul olan adam, digərini günah üzrə gördü və ona:

-Bu işdən imtina ed! deyərdi.

Yenə bir gün onu bir günah üzrə gördü və ona:

-Bu işdən imtina ed! dedi.

Günah işləyən adam dedi:

-Sən Məni Rəbbimlə baş başa burax! Sən mənim üzərimə bir gözətçimi göndərildin? dedi.

İbadətlərlə məşğul olan şəxs dedi:

-Allaha And olsun ki, Allah səni bağışlamaz! ya da Allah səni cənnətə daxil etməz! dedi.

Deyərkən ikisi də öldü və hər ikisi də aləmlərin Rəbbinin hüzurunda bir yerə gəldilər.

Allah-u Təala, ibadətlərlə məşğul olan adama:

-Sən Məni bilirdinmi? Yoxsa mənim əlimdə olanlara güc yetirən birisiydinmi? deyə soruşdu.

Allah-u Təala, günah işləyən adama:

-Ged! Mərhəmətim ilə cənnətə gir, dedi.

Allah-u Təala, ibadətlərlə məşğul olan adam üçün dedi:

-Bunu Cəhənnəmə götürün! dedi. "

Əbu Hureyrə (ra) belə dedi:

"Nəfsim əlində olan Allaha and içirəm ki, o adam bir söz danışdı, dünyasını və axirətini əzaba sürüdü."

Əbu Davud 4901

 

Cündəb (ra) belə dedi:

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə buyurdu:

"Bir adam; Vallahi Allah filankəsi bağışlamaz dedi. Şübhəsiz ki, Allah-u Təala belə buyurdu:

-Mənim Adıma filankəsi bağışlamayacağıma and edən kimdir ?! Şübhəsiz ki, Mən onu bağışladım və sənin əməlini də ləğv etdim! "

Müslim 2621/137

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top