Səhih Hədislər - Allah Azzə və Cəllənin Güldüyü Adam

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Abdullah ibni Məsud (ra) belə dedi:

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə buyurdu:

"Cənnətə ən son girən adam cəhənnəmdən çıxarkən bəzən gedər bəzən düşər. Cəhənnəmdən xilas olduğu vaxt dönər və:

'Məni səndən qurtaran Allahın şanı nə ucadır' deyər. Allah mənə əvvəlkilərə və sonrakılara etmədiyi ehsanı etmişdir, deyər. Ona bir ağac göstərilir.

Deyərki:

-'Rəbbim Məni bu ağaca yaxınlaşdır, kölgəsində kölgələnim, suyundan içim. '

Allah-u Təala:

-'Ey Adəmoğlu! Bunu sənə versəm Ola bilsin ki, başqa şeylər də istəyərsən. '

Qul:

-'Xeyir, Rəbbim 'deyər və başqa bir şey istəməyəcəyini vəd edər. Rəbbi, qulunun səbirsızliyini üzrlü görür və altında kölgələnməsi, suyundan içməsi üçün ağaca yaxınlaşdırar. Sonra cənnətin qapısının yanında ilkindən daha gözəl bir ağac yüksəldilər.

Qul:

-'Rəbbim, Altında kölgələnmək və suyundun içə bilmək üçün məni bu ağaca yaxınlaşdır, Səndən başqa bir şey istəmirəm 'deyər.

Allah-u Təala:

-'Ey Adəmoğlu! Az əvvəl başqa bir şey istəməyəcəyinə dair mənə söz vermədin mi? Hər halda bu ağaca səni yaxınlaşdırsam başqa şeylər də istəyərsən 'buyurar.

Qul yenə başqa bir şey istəməyəcəyinə dair Allaha söz verər. Allah-u Təala qulun səbirsizliyini bilir və üzrlü görür, qulu ağaca yaxınlaşdırar. Sonra cənnətin qapısından ilk ikisindən daha gözəl olan başqa bir ağac göstərilir.

Qul:

-'Rəbbim! Altında kölgələnmək və suyundan içə bilmək üçün məni bu ağaca yaxınlaşdır, Səndən başqa bir şey istəmirəm 'deyər.

Allah-u Təala:

-'Ey Adəmoğlu! Az əvvəl başqa bir şey istəməyəcəyini mənə vəd etmədin mi? ' buyurar.

Qul:

-'Rəbbim! Bundan başqa bir şey istəməyəcəyəm 'deyər. Rəbbi qulunun səbirsizliyini üzrlü görüb onu ağaca yaxınlaşdırar. Qul ağaca yaxınlaşdığı vaxt cənnət əhalisinin səslərini eşidir və:

-'Rəbbim! Məni cənnətinə al 'deyər.

Allah-u Təala:

-'Ey Adəmoğlu! Sənin istəklərini nə dayandırar. Sənə dünya və bir bənzərini verməm səni məmnun edər mi? ' buyurar.

Qul:

-'Rəbbim! Sən aləmlərin sahibi olduğun halda mənimlə lağmı edirsən? ' deyər. "

Abdullah ibni Məsud (ra) bu hədisi rəvayət etdikdən sonra güldü.

sonra:

-Mənim niyə güldüyümü soruşmayacaqmısınız? dedi.

Yanında olanlar:

-Niyə Gülürsən? dedilər.

Abdullah ibni Məsud (ra) belə dedi:

-Çünki Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) 'də gülmüşdü.

Səhabələr:

-Niyə Gülürsən ya Rəsulullah? deyə soruşduqlarında isə Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) :

-'Allah Azzə və cəllədə gülmüşdür, ' dedi.

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə buyurdu:

"Qulun bu sualı üzərinə Allah-u Təala:

-'Mən Lağ etmirəm, lakin dilədiyimi etməyə mənim gücüm çatar 'buyurmuşdur. "

Müslim

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top