Səhih Hədislər - Dəstəmaz

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Təharət, təmizlik deməkdir. Şəri şərifdə təharət iki qisimdir. Birincisi mənəvi təharət ikincisi bədəni təharətdir.

1) Mənəvi Təharət: Allaha ibadətdə ürəyin şirk, nifaq, bidət, xainlik, həsəd, kin, düşmənçilik və s. Allah və Rəsulunun çəkindirib pis gördüyü şeylərdən uzağlaşıb, təmizlənməsidir.

Allahın hüququna aid bu qisim təharət, Təharətin ən əhəmiyyətlisidir. Çünki bütün ibadətlər bunun üzərinə bina edilir. Ürəyi şirklə çirklənmiş heç kimin ibadəti məqbul deyil. Allah-u Təala belə buyurur:

"Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allahı və Onun Elçisini inkar edir, .."

Tovbə 54

Allaha şirk qoşanlar, bəzi ibadətləri yerinə gətirsələr də o ibadətlərdə qeyrini Allaha ortaq etdikləri üçün o ibadətləri məqbul deyil. Əvvəlcə müşriklər özlərini tövhidlə təmizləməmişlərdir. Bu səbəbdən onlar Quran təbiri:

"Allaha şərik qoşanlar nəcisdir."

Tovbə 28

Pisliyin əlindən dilindən meydana gələcək əməllərin tahir olub Allah qatında məqbul olması düşünülə bilməz. Muvahhid möminə gəlincə, Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) :

"Mömin nəcis olmaz!" Buyuraraq möminin nəcis olmadığını bəyan etmişdir. Müsəlmanın əsas əhəmiyyət verməsi lazım olan məsələsi budur.

Bidət hansı növ olursa olsun adam onunla Allaha yaxınlaşmaq istəsə də Allah onu qəbul etməyəcək. Çünki Allah onu özünə yaxınlaşmaq üçün şəriət etməmişdir. Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) :

"Hər kim üzərində əmrimiz olmayan bir əməli işlərsə o əməl rəddolunmuşdur!" Buyurmaqdadır.

Müslim 1718/18

Eyni zamanda mömin qəlbini kin, həsəd, ədavət və s. heç kimsə tərəfindən bəyənilməyən, qüsurlardan da təmizləməlidir. Mömin möminin qardaşıdır özü üçün sevib bəyəndiyi şeyləri mömin qardaşı üçün də sevib bəyənər.

Özü üçün sevib bəyənmədiyi heç bir şeyi mömin qardaşı üçün də sevib bəyənməz. Buna dəlalət edən bir çox ayə və hədis vardır. Nəticə olaraq hər Təharət başı ürək təmizliyinin və birinci sırada ürəyin küfr, şirk, nifaq, xainlik, həsəd, kin, düşmənçilik və s. mömində olması haram və ayıb olan xüsusiyyətlərdən təmizlənməsi lazımdır.

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) 'in:

"... Diqqət edin! Bədəndə bir ət parçası vardır, o saleh olsa bütün bədən saleh olur. O fasid olarsa bütün bədən fasid olar! " Hədisi ürəyin və onun təmizliyinin əhəmiyyətini vurğulama cəhətdən çox mühümdür.

2) Bədəni Təharət: Bu qisim da öz içində iki Növə ayrılır:

a) Təharət şərti axtarılan namaz, təvaf və s. ibadətlərə mane sifətin izaləsi şəklindəki təmizlikdir. Buna dəstəmaz üzvlərinin yuyulmasını lazımlı edən kiçik Hadəs və bədənin hamısının yuyulmasını lazımlı edən böyük hadəsi nümunə verə bilərik. Bu cür hadəs izaləsi su ilədir, su olmadığında təyəmmüm ilədir. Buna Allah-u Təalanın bu ayəsi dəlalət edər:

"Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir-səklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun). (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz. "

Maidə 6

b) şəriət qullara uzaq dayanmalarını və təmizləmələrinə əmr etdiyi nəcasətdə izaləsi şəklindəki təmizlikdir. Bu cür nəcasətin təmizliyinə Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) 'dan rəvayət edilən:

"Bir ara Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) səhabələrinə namaz etdirirdi, bir də ayaqqabılarını çıxardı və sol tərəfinə qoydu. Arxasında namaz qılan camaat onu görüncə onlar da ayaqqabılarını çıxardılar.

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) namazını qurtaranda:

- "Sizləri ayaqqabılarınızı çıxarmanıza səbəb nədir?" Buyurdu.

onlar:

-Sənin Ayaqqabılarını çıxardığını görüncə bizlər də Ayaqqabılarımızı çıxardıq dedilər.

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) :

- "Cəbrayıl mənə gəldi və ayaqqabılarda nəcasət və ya pislik olduğunu mənə xəbər verdi."

Sonra Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) belə davam etdi:

- "Biriniz məscidə gəldiyi zaman ayaqqabısına baxsın onda bir nəcasət və ya pislik görsə onu yaxşıca silsin və sonra onlarla namaz qılsın!" Buyurdu.

Əbu Davud 650, Əhməd 3/411

Nəcis, sidik, qan və s. nəcis obyektlər bədənə və ya geyimə isabət etdiyində, geyimin hökmü və təmizliyi necədir aşağıdakı bablarda gələcəkdir.

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top