Səhih Hədislər - Tağut barəsində ayələr

Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allahın yolunda (CİHAD'da) bir saat ayaqda dayanmaq, qədr gecəsini Hacərül-Əsvədin yanında ibadətlə keçirməkdən daha xeyirlidir!" İbni Hibban, Beyhaki, Tərgib və Tərhib 3/94

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


أَعُوذُ بِاللهِ السَّمِيعِ الْعَلِيمِ مِنَ الشَّيْطاَنِ الرَّجِيمِ مِنْ هَمْزِهِ وَنَفْخِهِ وَنَفْثِهِ بِسْمِ اللَّهِ الرَّحمن الرَّحِيم

 

1) Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.

Bəqərə 256-257

2) Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı (hələ bir) kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər.

Nisa 51

3) Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.

Nisa 60 

4) Möminlər Allah yolunda, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.

Nisa 76 

5) De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu, )Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”

Maidə 60 

6) Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu!

Nəhl 36 

7) Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ! O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.

Zümər 17-18 

 

 

 

 

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top