Səhih Hədislər - Axirət

Nəbi sallallahu əleyhi və səlləm belə buyurdu: "Üç adam var ki, onlara kömək etmək Allahın öz üzərinə aldığı bir haqqdır! Allahın yolunda cihad edən Mücahid. İffətli olmaq istəyiylə evlənən kimsə və öz əvəzini ödəmək istəyiylə yazışma edən kölə." İbni Hibban 4030, Nəsəi 3120, 3218, Tirmizi 1655, İbni Macə 2518

بِسْمِ اللهِ، اَلْحَمْدُ ِللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ وَبَعْدُ

 


Tərifi: Dəccal "də-cə-lə" جل) kökündən törəmədir. Yalan söyləmək, bir şeyi bir şeyə qarışdırmaq, gizlətmək, örtmək mənalarına gəlir.

İbni Seyyidih belə demişdir:

"Məsih Dəccal, Yəhudilərdən bir adamdır. Bu ümmətin sonunda ortaya çıxar və haqqı batillə qarışdırıb haqqı gizləməyə çalışır. "

"O, tərəfdarlarıyla yer üzünü qarışdırar" deyilmişdir. Yenə, "küfrünü insanlara gizli tutar" deyilmişdir. Yenə, "O, rəbb olduğunu iddia edər, bundan ötəri yalançılığı ilə ad almışdır" deyilmişdir. Bu mənaların hamısı bir-birinə yaxın mənalardır.

İbni Haləvəyh belə demişdir:

"Əbu Əmrin təfsirindən daha gözəl Dəccalı təfsir edən yoxdur. Əbu Amr belə təfsir edir:

'Dəccal, qarışdırandır, qılıncı Dəcələ etdi yəni qızıl suyuna batırıb yaldızladığı vaxt belə deyilər.' Çoxluğu, dəccalun və dəcacilə şəklində gəlmişdir. "

Əbul-Abbas belə demişdir:

"İnsanlara hadisələri qarışıq göstərməsindən, batili örtüb onu bəzəkli göstərməsindən bu şəkildə adlandırılmışdır. Yenə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) hədislərində onu çox yalançı deyə təsvir etmişdir. "

Ayələr və hədislər qiyamətin yaxınlaşdığını xəbər verməkdədir. Bizlər dünyanın son zamanlarını yaşayırıq. Allah-u Təala belə buyurur:

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər.

Ənbiya 1

Allah-u Təala belə buyurur:

O Saat yaxınlaşdı və ay bölündü.

Qamər 1

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) bu barədə belə buyurmuşdur:

"Mən və qiyamət saatı belə göndərilmişik." İki barmağını işarə edib uzatdı və belə dedi:

"Mən qiyamətin əsintisindən (başlanğıcında) göndərildim."

Buxari 6425

Dünyanın qalan ömrü, keçən ömrünə görə olduqca azdır. Bununla birlikdə dünyanın ömrünün bitəcəyi qiyamət vaxtını Allah-u Təaladan başqası bilmir. Uca Allah onun vaxtını bilmənin göylərə də, yerə də ağır gəldiyini bildirmiş, istərsə mələk olsun, istərsə də nəbi və rəsul olsun onun vaxtını heç bir məxluqa bildirməmişdir. Bu səbəblə onu ancaq Allah bilir.

Allah-u Təala belə buyurur:

Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: 'Bu haqda bilgi ancaq Rəbbimə aiddir. (Qopacağı) vaxtı yalnız O, aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir'. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: 'Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu (bunu) bilmir'.

Əraf 187

Necə ki, məşhur Cəbrayıl hədisində bildirildiyi kimi, Allahın ən qiymətli mələyi olduğunda görüş birliyi olan Cəbrayıl (Əleyhissalam) ın da onun vaxtını bilmədiyi ortaya çıxmaqdadır.

İbni Kəsir (Rahiməullah) in bildirdiyi kimi qiyamətin vaxtına dair gələn hədislərin hamısı uydurma olub heç birinin əsli yoxdur.

Ölüm Sonrası tarixi 34

Qiyamət vaxtı bilinmədiyi kimi onun əlamətlərinin vaxtları də naməlumdur. Ancaq bəzilərinin sırası haqqında danışımaq olar.

Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) qiyamətə qədər olacaq bir çox əlaməti xəbər vermiş və ümmətini bunlardan xəbərdar etmişdir ki, bunlar Allahın qeyb elmindən rəsullarından istədiyinə istədiyi qədərini bildirməsi qisimindəndər:

Əbu Zeyd Amr bin Axtab (ra) dedi ki:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) bizlərə səhər namazını qıldırdı, sonra minbərə çıxıb günorta vaxtı gələnə qədər bizə xitab etdi. Sonra düşdü, zöhür namazını qıldırdı. Sonra təkrar minbərə çıxdı və əsr vaxtı gələnə qədər bizə xitab etdi. Sonra düşdü, əsr namazını qıldırdı. Dərhal sonra təkrar minbərə çıxaraq günəş batana qədər bizə xitab etdi. Bu xütbələrində bizə olmuş və olacaq hər şeyi izah etdi. Onları ən yaxşı bilənimiz, ən yaxşı əzbərləyənimizdir."

Müslim 2892/25

Hüzeyfə ibn Yəman (ra) belə dedi:

"Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) qiyamət qopuncaya qədər olacaq hər şeyi mənə xəbər verdi. Mənim o şeylərdən Ona soruşmadığım heç bir şey qalmadı. "

Müslim 2891/24

سُبْحاَنَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لآ إِلهَ إِلاَّ أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

top