Bölmələr
FİQH
Faydalı Bilgilər
Məsih Dəccal
Tərifi: Dəccal "də-cə-lə" جل)(د kökündən törəmədir. Yalan söyləmək, bir şeyi bir şeyə qarışdırmaq, gizlətmək, örtmək mənalarına gəlir.
İbni Seyyidih belə demişdir:
"Məsih Dəccal, Yəhudilərdən bir adamdır. Bu ümmətin sonunda ortaya çıxar və haqqı batillə qarışdırıb haqqı gizləməyə çalışır. "
"O, tərəfdarlarıyla yer üzünü qarışdırar" deyilmişdir. Yenə, "küfrünü insanlara gizli tutar" deyilmişdir. Yenə, "O, rəbb olduğunu iddia edər, bundan ötəri yalançılığı ilə ad almışdır" deyilmişdir. Bu mənaların hamısı bir-birinə yaxın mənalardır.
İbni Haləvəyh belə demişdir:
"Əbu Əmrin təfsirindən daha gözəl Dəccalı təfsir edən yoxdur. Əbu Amr belə təfsir edir:
'Dəccal, qarışdırandır, qılıncı Dəcələ etdi yəni qızıl suyuna batırıb yaldızladığı vaxt belə deyilər.' Çoxluğu, dəccalun və dəcacilə şəklində gəlmişdir. "
Əbul-Abbas belə demişdir:
"İnsanlara hadisələri qarışıq göstərməsindən, batili örtüb onu bəzəkli göstərməsindən bu şəkildə adlandırılmışdır. Yenə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) hədislərində onu çox yalançı deyə təsvir etmişdir. "
Çox oxunanlar
Bu Gün | 21 |
Dünən | 33 |
Bu Həftə | 58 |
Bu Ay | 710 |
Hamısı | 20279 |